xəbər və məqalə portalı
28 İyun 2023 105

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək “Paris-2024”ə lisenziya qazanıb

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək “Paris-2024”ə lisenziya qazanıb

Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların dörddəbir final mərhələsinə start verilib. Yarımfinala gedən yolda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Murad Allahverdiyev çıxıb.

Belə ki, yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Hambardzum Hakobyanla (Ermənistan) üz-üzə gəlib.

Görüş boksçumuzun aşkar üstünlüyü şəraitində keçib. Hər 3 raundu xeyrinə bitirən Murad yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və mərhələ adlayıb.

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. M.Allahverdiyev yarışda “dördlüy”ə yüksəldiyi üçün həm də “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ilk vəsiqəsi olub

 

 

Xəbəri Hilal.az saytından alın.

https://hilal.az/