“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.
Ağdam təmsilçisi İsveçdə “Hekken” klubunun qonağı olub. “Ullevi” stadionunda oynanılan qarşılaşma Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubunun qələbə topunu 70-ci dəqiqədə Juninyo vurub. Yassin Benzianın ötürməsindən sonra rəqib müdafiəçidən məharətlə yayınan braziliyalı hücumçu dəqiq zərbə ilə qapıçını məyus edib.
Bu qrupun digər oyununda Almaniya “Bayer”i Norveçdə “Molde”yə 2:1 hesabı ilə qalib gəlib.
İlk iki turdan sonra qrupa 6 xalla Leverkuzen təmsilçisi başçılıq edir. Eyni xala malik “Qarabağ” ikinci sırada qərarlaşıb. Ağdamlılar liderdən yalnız topların nisbətinə görə geri qalır. “Molde” üçüncü, “Hekken” isə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu oktyabrın 26-da Almaniyada “Bayer” klubuna qarşı keçirəcək.
Xəbəri Hilal.az saytından alın.
FİŞİNQ ANLAYIŞI VƏ FİŞİNQƏ QARŞI MÜBARİZƏ
Vətən Atalızadə yazır: "Kibercinayətkarlardan necə qorunaq?"
Bu gün Vaşinqtonda Hüseyn Cavidin anım günü elan olunub
“CIDC-2023” kibermüharibə yarışı
Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir
Azərbaycan və Türkiyənin aviasiya vasitələri birgə hava kəşfiyyatı aparıb
Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı
“Muğan Bank”ın lisenziyası ləğv edilib