xəbər və məqalə portalı
03 Oktyabr 2023 570

"Aqroservis"in nizamnamə kapitalı 20 milyon artırılır

"Aqroservis"in nizamnamə kapitalı 20 milyon artırılır

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC nizamnamə kapitalını 20 milyon manat və yaxud 5,7 % artıraraq 351 milyon 599 min manatdan 371 milyon 599 min manata çatdırmağı planlaşdırır.

Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 10 milyon ədəd yeni səhm buraxılacaq.

Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

 

Xəbəri Hilal.az saytından alın.

https://hilal.az/