"Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam veriləcək. Həmin yerlər üzrə Elm və Təhsil Nazirliyi tərəfindən vakansiya elan ediləcək. Təbii ki, təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, sertifikasiya prosesinin sosial tərəflərinin də ayrıca olaraq qiymətləndirilməsinə ehtiyac var".
Bu barədə iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, nazirlik təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən həssas qrupa aid şəxslərin işlə təminatını istisna etmir:
"Ancaq daha yaxşı olar ki, sertifikasiya nəticlərinin sosial risk təhlili aparılsın. Yəni sertifikasiyadan keçməyənlərin ailələrində sosial vəziyyətin xüsusi qiymətləndirilməsinə ehtiyac var. Mümkündür ki, bir sıra ailələrdə sertifikasiyadan keçməyən müəllim ailəyə yeganə gəlir gətirən şəxsdir. Bu baxımdan, risk təhlili nəticələrinə uyğun olaraq yalnız həssas qrupların deyil, eyni zamanda sosial baxımdan təminata ehtiyacı olanların da məktəbdaxili texniki vəzifələrdə çalışmalarına imkan yaradılması məqsədəuyğundur.
137 min müəllimin sertifikasiyadan keçməsinin planlaşdırıldığını nəzərə alsaq müqaviləsinə xitam verilənlərin sayının heç də az olmayacağı aydındır. Buna görə də, prosesin sosial tərəflərinin diqqətdə saxlanılıb bu istiqamətdə də addımların atılmasına ehtiyac var".
Xəbəri Hilal.az saytından alın.
Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir
Güləş üzrə Dünya çempionatında 3 final
Ceyhun Bayramov BMT TŞ-nın iclasında çıxış edib - TAM MƏTN
Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş başa çatıb
Gələn il dövlət büdcəsi 33,7 milyard manat nəzərdə tutulur
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna reaksiya verməyə çağırıb
Media nümayəndələri üçün “Müharibə dövründə dezinformasiya və kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib